“Tax Free” sisteminə qoşulmuş satıcının qeydiyyatının ləğv edilməsi halları

 fəaliyyət dövründə iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunduqda;

 vergi orqanına təqdim olunmuş vergi hesabatlarında aşkar olunmuş uyğunsuzluqlar və ziddiyətlər qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda;

 Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə və qaydada vergi hesabatlarını vergi orqanlarına təqdim etməməklə vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındıqda;

 ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirilən təsərrüfat subyekti (subyektləri) ləğv edildikdə;

 ƏDV qeydiyyatı ləğv edildikdə;

 satıcı tərəfindən texniki nasazlıq bərpa olunduqdan dərhal sonra aparılmış əməliyyatlar üzrə e-VHF tərtib edilib real vaxt rejimində vahid məlumat bazasına ötürülmədikdə;

 sahibkarlıq fəaliyyətini dayandırdıqda və ya bu fəaliyyətə xitam verildikdə;

 vergilər, faizlər və vergi orqanı tərəfindən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borc məbləği 30 təqvim günü müddətində ödənilmədikdə və ya bu barədə məhkəməyə şikayət verilmədikdə;

 bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

 bu barədə satıcının müraciəti olduqda.

Sosial şəbəkələrdə

TaxFREE Kalkulyator

TaxFREE Azərbaycan © 2016