Satıcılar tərəfindən stikerin tətbiqinin qaydası və şərtləri

satıcı ilə xidməti müqavilə bağladıqdan dərhal sonra vergi orqanı tərəfindən müvafiq aktla rəsmiləşdirilməklə (aktda aktın tərtib edildiyi yer, tarix, tərəflərion rekvizitləri, təqdim edilmiş stikerlərin sayı əks etdirilir, vergi orqanının nümayəndəsi və satıcının, satıcı olmadıqda, onun səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edilir) satıcını stiker ilə təchiz edilir;

satıcıya təqdim edilmiş stiker zədələndikdə və ya əlavə stikerə ehtiyac yarandıqda satıcının müraciəti əsasında ona yeni stiker verilir. Zədələnmiş stiker vergi orqanına təhvil verilir və yuxarıda qeyd edilmiş qaydada akt tərtib edilir.

⚫ vergi orqanı tərəfindən gömrük orqanını və müvəkkil bankı da stikerlə təchiz edilir. 

⚫ stiker satıcı tərəfindən aktın təsdiqləndiyi gün satışın həyata keçirildiyi təsərrüfat subyektinə (obyektinə) daxil olmadan görünə bilməsi məqsədi ilə pəncərədən və ya qapıdan asmalı (yapışdırmalı) və ya təsərrüfat subyektinin (obyektinin) giriş hissəsində aydın şəkildə görünə bilən yerdə yerləşdirməlidir (yapışdırmalıdır). 

⚫ stiker alıcı tərəfindən ödənişin həyata keçirildiyi yerdə (kassada) alıcının görə biləcəyi yerdə də yerləşdirilməlidir (yapışdırılmalıdır).

satıcı «Tax free» çərçivəsində satıcı kimi qeydiyyatda olduğu və xidməti müqavilənin qüvvədə olduğu müddətdə stikerin zədələnməmiş  və yerləşdirilmiş (yapışdırılmış) şəkildə qalmasını təmin etməlidir;

stiker zədələndikdə, oğurlandıqda və ya itdikdə bu barədə dərhal vergi orqanına məlumat verməlidir;

satıcının «Tax free» çərçivəsində qeydiyyatı ləğv edildikdə və ya xidməti müqavilə ləğv edildikdə satıcıya təqdim edilmiş stiker yerləşdirildiyi (yapışdırıldığı) yerdən çıxarılmalıdır;

çıxarılmış stiker vergi orqanına müvafiq aktla təhvil verilməlidir.

Sosial şəbəkələrdə

TaxFREE Kalkulyator

TaxFREE Azərbaycan © 2016