ƏDV-nin qaytarılması şamil olunmayan mallar

 aksizli mallar;

 ərzaq malları;

 dərman preparatları və tibbi ləvazimatlar;

 ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallar;

 ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar;

 ixracı üçün lisenziya tələb olunan mallar;

 çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar;

 külçə şəklində qiymətli metallar;

 müşayiət olunmayan baqajla Azərbaycan Respublikasının ərazisindən aparılan mallar;

 nəqliyyat vasitələri və onların ehtiyat hissələri;

 poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallar.

 

Qeyd: “Tax free” imkanından istifadə etmək üçün bir elektron vergi hesab-fakturası üzrə alınan malların dəyəri (ƏDV ilə birlikdə) 300 manatdan az olmamalı və mallar alındığı tarixdən 90 gün müddətində ölkə ərazisindən hava nəqliyyatı vasitəsilə aparılmalıdır.

Sosial şəbəkələrdə

TaxFREE Kalkulyator

TaxFREE Azərbaycan © 2016