ƏDV-nin qaytarılması

Gömrük məntəqəsinə müraciət

 alıcı mallara dair e-VHF-ni pasportla birlikdə gömrük sərhəd buraxılış məntəqəsində gömrük orqanı əməkdaşına təqdim edir;

 e-VHF-nin məlumatları gömrük orqanı tərəfindən vahid məlumat bazasında avtomatik risk qiymətləndirməsi aparılır;

 alıcının və ona məxsus malların gömrük nəzarətindən keçməsi tələb edildiyi halda alıcı həmin malları gömrük baxışının keçirilməsi məqsədilə gömrük orqanı əməkdaşlarına təqdim edir;

 gömrük orqanı əməkdaşları təqdim edilmiş mallarla vahid məlumat bazasına daxil edilmiş məlumatların uyğunluğunu yoxlayır;

 gömrük orqanı əməkdaşları yoxlamanın nəticələrinə uyğun olaraq, alıcıya qaytarılacaq ƏDV məbləği barədə alıcının təqdim etdiyi e-VHF-də təsdiq qeydi aparır, möhürlə təsdiq etməklə alıcıya təqdim edir;

 gömrük orqanı əməkdaşları vahid məlumat bazasında e-VHF-ni təsdiq etməklə bu barədə məlumatı real vaxt rejimində müvəkkil banka ötürür;

 risk qiymətləndirməsinin nəticəsində malları gömrük baxışı üçün təqdim etmək tələb olunmadıqda, qaytarılacaq ƏDV-nin yekun məbləğini əks etdirən e-VHF gömrük orqanı tərəfindən möhürlə təsdiq olunur və bu barədə məlumatlar real vaxt rejimində müvəkkil banka ötürülür;

 əgər alıcı tərəfindən ştrix-kodsuz e-VHF təqdim etdikdə gömrük orqanı onun satıcı tərəfindən sistemə daxil edilib-edilmədiyini yoxlayır, e-VHF məlumatları sistemə daxil edilmədiyi halda gömrük orqanı həmin e-VHF-nin seriya və nömrəsi əsasında e-VHF tərtib edilir, məlumatları real vaxt rejimində vahid məlumat bazasına ötürülür və sonra e-VHF-də göstərilən malların faktiki mövcudluğu yoxlanılır, ona uyğun olaraq e-VHF hər iki nüsxədə ƏDV-nin yekun məbləği əks etdirilməklə təsdiq olunur və bu barədə məlumat real vaxt rejimində müvəkkil banka ötürülür.

 E-VHF-nin bir nüsxəsi gömrük orqanında saxlanılır, digər nüsxəsi isə alıcıya qaytarılır.

 

Müvəkkil banka müraciət edilməklə ƏDV qaytarlması

 Alıcı dövlət sərhədinin buraxılış məntəqəsindən keçdikdən sonra gömrük orqanı tərəfindən möhürlə təsdiq olunmuş e-VHF-nı müvəkkil bank olan “BANK SİLK VEY”-yə təqdim edir.

 Müvəkkil bank qaytarılmalı olan ƏDV məbləğini alıcının istəyinə uyğun olaraq xarici və ya milli valyutada aşağıdakı qaydada qaytarır:

1) Nağd ödəniş qaydasında (yalnız milli valyutada) – banka müvafiq e-VHF təqdim edildikdən dərhal sonra;

2) Köçürmə qaydasında (xarici və ya milli valyutada) – alıcı ödənişin köçürülməsini istədiyi bank kartının (və ya hesabının) rekvizitlərini gömrük orqanı tərəfindən möhürlə təsdiqlənmiş e-VHF-da qeyd etməklə bir nüsxəsini gömrük sərhəd buraxılış məntəqəsində bu məqsəd üçün yaradılmış xüsusi qutuya atır. Müvəkkil bank 10 iş günündən gec olmayaraq xarici və ya milli valyutada qaytarılacaq məbləği alıcının bank kartına (və ya hesabına) köçürmə qaydasında qaytarır.

Qeyd: * Ödəmə metodundan asılı olmayaraq alıcının aldığı mallara görə ödədiyi ƏDV məbləğindən 20 faiz həcmində Operator tərəfindən göstərilmiş xidmətin haqqı və bank tərəfindən göstərilmiş xidmət haqları çıxıldıqdan sonra qalan məbləğ alıcıya qaytarılır.

Sosial şəbəkələrdə

TaxFREE Kalkulyator

TaxFREE Azərbaycan © 2016