Naxçıvan
Naxçıvan Hava Limanı Naxçıvan Muxtar Respublikasının eyni adlı şəhərinin hava limanıdır. Şəhər mərkəzindən 4 kilometr məsafədə yerləşir və ölkənin blokadada olan bu regionunun yeganə hava qapılarıdır.
Uçuş enmə zolağı
Naxçıvan Hava Limanı 1970-ci illərdə tikilmiş və 3-cü dərəcəli təyyarələri (Yak-40, An-24 və s.) qəbul etmişdir. Əvvəllər buradan Bakı şəhərinə reyslər həyata keçirilirdi. Hava Limanı 1990-cı illərin ikinci yarısında inkişaf etməyə başladı: Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması nəticəsində aviasiya nəqliyyat əlaqəsi üçün yeganə vasitə olmuşdur. Bu səbəbdən, 1992-ci ildə, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin (parlamentin) sədri olan Heydər Əliyev Naxçıvan Hava Limanının uçuş enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürdü. Bu iş yerli mütəxəssislər cəlb olunmaqla qısa müddət ərzində həyata keçirildi. Uçuş enmə zolağının uzadılması nəticəsində hava limanı Tu-134 tipli təyyarələri qəbul etmək imkanı əldə etdi.
2002 - 2004-cü illər ərzində yeni təyyarə vağzalı tikildi, 2004-cü ilin aprel ayında isə Naxçıvan Hava Limanı beynəlxalq hava limanı statusunu qazandı.
“Naxçıvan Hava Limanı” kompleksinin sxemi:
Ölkə |
Azərbaycan |
Region: |
Naxçıvan Muxtar Respublikası |
Növü: |
Mülki |
ICAO kodu: |
UBBN |
IATA kodu: |
NAJ |
Olduğu yer: |
Naxçıvan şəhərinin mərkəzindən 4 kilometr cənub-şərqdə |
Hündürlük: |
873 m |
Koordinatlar: |
39°11′19″ N 45°27′30″ E |
Yerli vaxt: |
UTC 4 |