"Tax Free" sisteminə qoşulmaq üçün satıcının qeydiyyatı

 Əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata durmalıdır (qeydiyyatda olmadığı halda);

 «Tax free» məqsədilə satış həyata keçirmək istəyən vergi ödəyicisi “ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında ƏRİZƏ ilə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsinə (e-taxes.gov.az) onlayn qaydada elektron imza vasitəsi ilə və ya kağız formasında qeydiyyatda olduğu vergi orqanına müraciət etməlidir;

 Ərizədə çatışmamazlıqlar aşkar edildikdə, ərizənin daxil olduğu tarixdən 3 iş günündən gec olmayaraq vergi orqanı onların aradan qaldırılması üçün vergi ödəyicisinə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması üçün təqdim etdiyi ərizədəki çatışmazlıqlar barədə BİLDİRİŞ təqdim edir (və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir).

 Vergi ödəyicisi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrar ərizə ilə vergi orqanına müraciət edir.

 Ərizədə çatışmamazlıqlar aşkar edilmədikdə 5 iş günündən gec olmayaraq satıcı qismində qeydiyyata alınır və ona bu barədə təsdiqedici “ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında ARAYIŞ” təqdim edilir;

 vergi orqanı və satıcı arasında xidmət müqaviləsi bağlanılır;

 xidmət müqaviləsi bağlandıqdan sonra 10 iş günü müddətində operator tərəfindən satıcıya məxsus təsərrüfat subyekti (obyekti) proqram təminatı və stikerlərlə təchiz edilir və bu barədə akt tərtib edilir;

 satıcının yeni təsərrüfat subyekti (obyekti) qeydiyyatdan keçdikdə, həmin təsərrüfat subyekti (obyekti) üzrə satıcı tərəfindən ƏDV-nin qaytarılması şərti ilə malların satışının həyata keçirilməsi üçün yenidən ərizə ilə müraciət edilir.

 təsərrüfat subyektində (obyektində) işlərin yerinə yetirilməsinə cəlb edilən işçi gücləndirilmiş elektron imza ilə təmin edilir.

Sosial şəbəkələrdə

TaxFREE Kalkulyator

TaxFREE Azərbaycan © 2016